Diqqət! internetdə paylaşılan bu əsassız sözlər Nəcib Fazıl Qısakürəye aid deyil!

ƏSASSIZ NƏCİB FAZIL SÖZLƏRİNİN SİYAHISI

- Cavabımın şiddətindən susuram!
- Adam olmaq gender məsələsi deyil, şəxsiyyət məsələsidir.
- Bu gedişlə utanmaqdan utanan bir nəsil gələcək.
- Armud deyib keçməyin, onun ilk hecası çox adamda yoxdur!
- Aldığımız nəfəsi belə geri veririksə, heç bir şey bizim deyil.
- Ömrün ilk yarısı; ikinci yarısını gözləməklə, ikinci yarısı da; ilk yarısının həsrətiylə keçər.
- Sevdiyini bəlli et ; gizləmək başqalarına fürsət verməkdir .
- Ömür ağac budağında saralan bir yarpaqdır; nə qədər gənc olursa olsun sonu qara torpaqdır.
- Bizlər aclıqdan qarnına daş bağlayan Peyğəmbərin, doymaq bilməyən ümmətiyik.
- Ölümüz, dirimiz. Hər gün birimiz. Bir gün hamımız. Haqqa gedəcəyik...
- Bəzi insanlar alçaq könüllüdür, bəziləri də, alçaq olmağa könüllüdür.
- Pulu olan bazardan, İmanı olan məzardan qorxmaz.
- Nə gəlirsə başımıza Haqqdandır,
Fəqət, gəliş səbəbi, Haqqdan ayrılmaqdandır.
- İki insan çeşidi vardır. Zaman keçdikcə xətalarıyla üzləşən! Zaman keçdikcə üzsüzləşən.
- Biz, ayaqları şişənə qədər namaz qılan Peyğəmbərin, gözləri şişənə qədər yatan ümmətləriyik.
- Özlərini dünyalar qədər dəyərli zənn edənlərə qısa bir not; dünya beş para etmir.
- Öz ana – atasını qocalar evinə göndərib, evində pişik, köpək bəsləyən bir dünyada yaşayırıq.
- Dünya öküzün üstündə deyirlər amma; dünyanın üstündə nə qədər öküz bilirəm.
- Kimə yar dediksə; O yar açdı yaranı.. Aydındır ki, gerçək sevənimiz yoxdur, Allahdan başqa!
- İndi Fateh qalxsa məzarından nə mən onu tanıyaram nə o məni tanıyar.. Amma İstanbulu bizanslılar almış deyib təkrar savaşar.
- Qula qulluq etmə! Unutma ki, sən də qulsan. Və lazım olduğundan çox əhəmiyyət vermə! Yoxsa, unudularsan.
- Ömürün ilk yarısı; ikinci yarısını gözləməklə, ikinci yarısı da; ilk yarısının həsrətiylə keçər.
- Üç günlük dünya üçün səy üstünə səy, əbədi bir həyat üçün səy yox heyrət.
- Dində məcburiyyət yoxdur. Əlbəttə ki, hər kəs azaddır.
İstəyən dünyada bişər, istəyən axirətdə.
- Təkəm deyə kədərlənmirəm. Çünki bilirəm, tək insanın xəyanət edəni də olmaz...
- İnsanın qazandığı puldan yox, pulun qazandığı insandan qorx.
- Ağacdan düşən yarpaq necə qurumağa məhkumsa; könüldən düşən insan da unudulmağa məhkumdur.
- Dünya gözəl olsaydı, doğularkən ağlamazdıq. Yaşayarkən təmiz qalsaydıq öləndə yuyunmazdıq.
- Qadın qəbiristanlığa girərkən başını bağlayır, çölə çıxarkən açır, ölüyə qarşı bağlayıb, diriyə qarşı açmaq ağla sığmaz.
- Mən bir qəribə insanam.. Nə taxtım var, nə tacım.. Tut əlimdən Allahım.. Tək sənə möhtacam.

- Arsızlığa cəsarət, zinaya eşq dedilər..
Bir nəslin əxlaqını bax belə yedilər...

- Halal ilə böyüdərsən uşağını Hörmət ilə ödəyər borcunu, Haram ilə böyüdərsən Onu Təhqir ilə ödəyər borcunu.

- Axmaqlıq yoluxucudur.
- Yola çıxdıqlarınla yolda tapdıqlarını dəyişərsən — həm yolu itirərsən, həm dostlarını.
- Ayağın daşa ilişərsə «Allah kahr etsin» belə deməməlisən. Dua etməlisən ki, daşa ilişəcək ayağın var.
- İnsanın sevdiyini itirməsi, dişini itirməsi qədər qəribədir. Ağrısını o an yaşanar, yoxluğunu ömür boyu.
- Mənə müasir deyil deyirlərmiş. Nə böyük bir qürur! Mən bu əsrin xaricində qalmayım da, içindəmi boğulum?
- Yanında olduğum zaman dəyərimi bilməzsən; dəyərimi bildiyin gün məni yanında tapmayacaqsan..
- Bir nar ağacı var, bir də dar ağacı,Namərdə nar düşdü, İgidə dar ağacı.
- Bir "sağ ol"a sığdırdı məni, yerə göyə sığdıra bilmədiyim.
- Bu həyatı çox ciddi qəbul etməyin, necə olsa içindən sağ çıxa bilməyəcəksiniz.
- Ölüdən xəbər gəlmiş, diri oxuyar anlamaz...
Soruşsan hər kəs müsəlmandır, nə şükür var, nə də namaz...
- Biri ustada soruşur:
— Sınan qəlb yenə sevərmi?
— Bəli, deyə cavab verir.
Yenə soruşur:
— Ustad, siz heç sınıq stəkandan su içdinizmi?
Cavab verir:
— Bəs sən, stəkan sındı deyə, su içməkdən imtina etdinmi heç?!
Bu sözlər Nəcib Fazıl Qısakürəye aid deyil!
O qədər həqiqi Nəcib Fazıl sözü varkən nə üçün əsassız sözləri tərcümə edirsiniz?
_______________________

 

Azərbaycanca həqiqi Nəcib Fazıl sözləri: http://www.n-f-k.com/nfkforum/index.php?/topic/19060-necib-fazil-qysakurek-azerbaycanca-azerice/
Türkcə həqiqi Nəcib Fazıl sözləri: http://www.n-f-k.com/nfkforum/index.php?/topic/17304-gercek-necip-fazyl-soezleri-kaynakly/

Nəcib Fazil Twitter: https://twitter.com/NecibFazil_az
Nəcib Fazil Facebook: https://www.facebook.com/NecibFazilQisakurek/